08.02.2021
Goranboy rayon Mərkəzi Kitabxanası özbək əsilli filosof, şair Əlişir Nəvainin 580 illiyinə həsr edilmiş "Türk dünyasının sevimli şairi" adlı videokonfrans keçirib.
Tədbiri giriş sözü ilə Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açıb. O, Əlişir Nəvai haqqında qısa məlumat verərək onu əsl Türk dilinin müdafiəçisi kimi xarakterizə edib.
Kitabxanaçı Ülviyyə Kazımova Əlişir Nəvainin həyatı haqqında ətraflı məlumat verib. Oxu zalının müdiri Sevda Əliyeva çıxış edərək Əlişir Nəvainin həyatından maraqlı rəvayətlər danışıb. Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva Türk dünyasında şair və filosofların Əlişir Nəvaiyə rəğbətindən danışıb. Oxucu Nəzrin Quliyeva Əlişir Nəvainin şeirindən səsləndirmələr edib.