08.02.2021
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Özbək şairi, mütəfəkkiri və dövlət xadimi Nəvai Nizaməddin Mirəlişir oğlunun (Əlişir Nəvai) anadan olmasının 580 illiyi ilə əlaqədər olaraq “Əlişir Nəvai-580” başlığı altında onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq Əlişir Nəvainin həyat və yaradıcılığından danışıb. Xidmət şöbəsinin kitabxanaçısı Sevinc Alıyeva çıxış edərək böyük şair, özbək ədəbi dilinin banisi olan Nəvainin təkcə mənsub olduğu xalqın deyil, eyni zamanda orta əsirlər Şərq ədəbi düşüncəsinin humanist ideyalarla süstlənməsinə mühüm töhfələr verməsindən danışıb.
Tədbirdə oxuculardan Həsənov İsmət, Qəndab Xanımalıyeva, Nəvai İsgəndərov iştirak ediblər.