Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qəhrəmanımız – Mübariz İbrahimov” adlı dəyirmi masa keçirilib

08.02.2021

Goranboy Dövlət Rəsm Qalereyasında  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş dəyirmi masa arxasında söhbət keçirilib.İlk öncə Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirmişdir ki, Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmış Mübariz İbrahimov Vətəninə, xalqına tükənməz sevgi ilə bağlanmış gənclərimizdən olmuşdur. Cəbhə xəttində atəşkəsi mütəmadi surətdə pozan erməni quldurları ilə qeyri-bərabər döyüşdə düşməndən qisasını alan igid döyüşçümüz canından artıq sevdiyi Azərbaycan torpağını erməni işğalçılarından təmizləmək uğrunda qəhrəmancasına şəhid olmuşdur.