08.02.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 08.02.2021-ci il tarixində "Dünya Uşaq Ədəbiyyatına səyahət"adlı kitab təqdimatı keçirib.Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova açaraq bildirdi ki, Dünya uşaq ədəbiyyatı bir qayda olaraq yalnız maraqlı süjetləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlər daşımaları ilə səciyələnirlər. Bilavasitə uşaqlar üçün yazılmış əsərlər isə mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz sənəti olub bədii ədəbiyyata və şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri özündə birləşdirir.Daha sonra kitabxanaçı uşaqlara Dünya uşaq ədəbiyyatından seçmələr,İssumbosi v.s. kitabları haqqında məlumat verdi. Tədbirdə 26 saylı tam orta məktəbin şagirdləri istirak edirdilər.