08.02.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filalı Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun anadan olmasının ildönümü ilə əlaqədar “Sən ananın qürurusan” başlığı altında onlayın tədbir, ədəbi-bədii kompazisiya keçirdi. Tədbirdə MKS-nin direktoru, əməkdar mədəniyyət işçisi Elmira xanım Əliyeva, MKS-nin direktor müavini Fəridə xanım Qədimova, Xəzər MKS əməkdaşı, filialların əməkdaşları, oxucular iştirak edirdilər. Tədbiri filialın kitabxanaçısı İlyasova Şəhla apardı. Milli Qəhrəmanın keçdiyi qısa amma şərəfli ömür yolundan danışdı. Tədbirdə Gəncə şəhər 7 saylı tam orta məktəbin şagirdləri Əliyeva Nuray Vasif qızı və Əliyeva Aysu Vasif qızı şəhidimizə həsr olunmuş şeir parçaları söylədilər. Qəhrəmanızın həyat yolunu əks etdirən,valıdeynlərinə yazdığı ürək titrədən məktubunun da yer aldığı video-çarx nümayiş olundu. Tədbirdə müzəffər xalqımızın, müzəffər ordumuzun, Ali Baş Komandanımızın iradəsi, şücaəti nəticəsində əldə etdiyimiz Zəfər günündən də danışıldı. Bu günki gün şəhidimizin ruhunun şad olduğu, Qarabağda Mübariz postunda Azərbaycan bayrağının dalğalandığı xüsusi vurğulandı.