Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” mövzusunda konfrans keçirilib

05.02.2021

04 Fevral 2021-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi “Həsən bəy Zərdabi İrs Mərkəzi”, Zərdab rayonu Heydər Əliyev Mərkəzi ilə birgə “Türk Dünyasının Xilaskarları” adlı layihəhəsinə start veriən layihədə iştirak etdi.Bir millət iki dövlət - Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı altında online formatda keçirilən layihənin ilk konfransıTürkiyədən araşdırmacı yazar Qazi Karabulut, Ankara Hacı Bayram Veli Universiteti Asya Araşdırmalar Mərkəzinin Professoru Dr. Sinan Demirtürk , Araşdırmacı Yazar Önder Karakartalın iştirakı ilə gerçəkləşdirildi.

“Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” mövzusunda keçirilən konfrans Samux, Astara, Sabirabad, Ağdaş, Qax, Şabran, Göyçay, Ucar, Salyan, Şirvan, Tovuz, Hacıqabul, Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və nümayəndələrinin birgə iştirakı ilə ümumilli lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlər və gələcək planlar haqqında çıxışı ilə başlandı.

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və yaradıcılığını daim araşdıran və təbliğ edən yazar Qazi Karabulut mühüm tarixi hadisələrə şərhlər verərək hər iki liderin qarşılaşdığı çətinliklər haqqında danışaraq milli mənəvi dəyərlərimizin təbliğində məhz xilaskar tarixi şəxslərin həyatının daim təbliğ olunmasının əhəmiyyətini qeyd etdi.

 

Dr. Sinan Demirtürk Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və digər tarixi şəxsiyyətlərin adını qeyd edərək, onlar tərəfindən başladılan istiqlal hərəkatının Heydər Əliyev şəxsiyyətində ən uğurlu mərhələsinə qədəm qoyaraq qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndiyini qeyd etdi.

Cənab Ali Baş Komandanın Şuşa şəhərinə səfəri zamanı Vaqif poeziya günləri və Xarı bülbül musiqi festivalının keçirilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamları haqqında sevinc hisslərini bölüşən tədbir iştirakçıları bir zamanlar xəyal, indi isə gerçək olan arzularına qovuşduqlarını və tezliklə Şuşa şəhərində mədəni ictimai tədbirlərin birgə keçiriliməsinin əhəmiyyətini qeyd etdilər