Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirilib

04.02.2021

Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatcılığı ilə “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirilib.

Tədbir II Qarabağ Vətən müharibəsində cəsurluq və vətənpərvərlik nümayiş etdirən, yüksək əhval-ruhiyyə ilə döyüşlərdə könüllü iştirak etmiş Şəhid Xudayar Yusifzadəyə həsr edilmişdir.

Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun vətən müharibəsində qazandığı Tarixi Qələbədən danışıblar. Tədbirdə şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının videoçarxı nümayiş etdirilib.