Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Elmə həsr edilmiş ömür” adlı videokonfrans keçirilib

04.02.2021

Goranboy rayon Mərkəzi Kitabxanasının təşkilatçılıgı ilə milliyətcə azərbaycanlı olan 4 fevral 1921-ci ildə Bakıda anadan olmuş, tətbiqi riyaziyyat və informatikianın inkişafına güclü təkan vermiş, dünya şöhrətli alim Lütfizadənin 100 illiyinə həsr olunmuş “Elmə həsr edilmiş ömür” adlı videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya müdiri Təzəgül Abbasova açaraq alimin dünya elminə bəxş etdiyi tövhələrdən danışıb. Tədbirdə həmşinin Mərkəzi Kitabxananın əməkdaşları Sevda Əliyeva və Dürdanə Bayramova, o, cümlədən Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva məşhur alim Lütfizadə barədə öz fikirlərini bildiriblər.