03.02.2021
3 fevral 2021-ci il tarixində Azərbaycan Milli Kitabxanasının Elmi tədqiqat və Metodik təminat şöbəsinin təşəbbüsü və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təkilatçılığı ilə bölgələrimizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarının da iştirak etdiyi “Pandemiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda video formatda görüş keçirilmişdir.
Video görüşü giriş sözü ilə Gəncə MKS-nin direktoru Elmira xanım Əliyeva açaraq, bütün iştirakçıları salamlamış, şanlı ordumuzun qələbəsi münasibətilə təbriklərini çatdırmış, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləmişdir. Daha sonra o, öz çıxışında hazırki pandemiya dövründə Gəncə şəhər MKS-nin həyata keçirtdiyi onlayn tədbirlərdən, kitabxananın hazırladığı videoçarxlardan, MKS-nin direktor müavini Fəridə Qədimova isə həmin dövrdə kitabxananın oxuculara göstərdiyi onlayn xidmətlərdən danışmışdır.
İki saat davam edən video görüş Googlemeet programı ilə keçirilmişdir. Görüş iştirakçıları Qax rayon MKS-nin direktoru Güllü Əhmədova pandemiya dövründə Qax kitabxanasının gördüyü işlərdən bəhs etmiş, Mingəçevir şəhər MKS-nin direktor müavini Şəlalə Əhmədova, Oğuz MKS əməkdaşları bu dövürdə qarşıya çıxan problemlərlə bağlı suallar səsləndirmiş, Quba MKS-nin direktoru Saməddin Nəsirov həmkarlarının fikirlərinə qoşularaq, gələcək video görüşlərin keçirilməsi haqqında təkliflər irəli sürmüşdür.
Video görüşün sonunda Milli kitabxananın Elmi işlər üzrə direktor müavini, Elmi tədqiqat və Metodik təminat şöbəsinin müdiri Mələk Xanım Hacıyeva və Metodik təminat şöbəsinin bölmə müdiri Lamiyə Əhmədova verilən sualları cavablandırmışdır. Bununla da video görüş öz işini başa çatdırmışdır.