Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqil Azərbaycan Gənclərinin uğuru” adlı onlayn görüş keçirilib.

02.02.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 6 saylı Gənclər Kitabxana filialı 2 fevral Gənclər günü münasibəti ilə "Müstəqil Azərbaycan Gənclərinin uğuru" adlı onlayn görüş keçirdi. Tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitabxananın müdiri Məryəm Məmmədova bayram münasibəti ilə gənclərimizi təbrik etdi və gənclərə göstərilən dövlət qayğısından danışdı. Mərkəzi Kitabxananın Kitabxanalar arası abonement  şöbəsinin müdiri Vüsalə Hüseynova öz çıxışında ordumuz tərəfindən aparılan 44 günlük vətən müharibəsində gənclərimizin şücaətindən bəhs etdi. Gəncə şəhər Gənclər və İdman idarəsinin gənclər sektorunun baş məsləhətçisi Günel Abbasova gənclərin idmanda qazandığı uğurlardan danışdı.Sonda Oxu zalının müdiri Aidə Abdullayeva müasir Azərbaycan gənclərinin qazandıqları nəaliyyətlərindən  söz açdı.