Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sağlam ruhlu gənclik gələcəyimizin qarantıdır” adlı videokonfrans keçirilib

02.02.2021

Goranboy rayon Mərkəzi Kitabxanasının 2 Fevral – Respublika Gənclər gününə həsr olunmuş videokonfransı giriş sözü ilə Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açıb. O, gənclər günü barədə ətraflı məlumat verib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İlkin Məmmədov çıxış edərək, təhsil etdiyi təşkilatın gördüyü işlərdən danışıb.

Konfransda çıxış edən gənclər, fəal oxucular və kitabxana əməkdaşları Rəvanə Məmmədova və Firuzə Əliyeva ulu öndər Heydər Əliyevin və möhtərəm cənab Prezident İlham Əliyevin gənclərə göstərdikləri diqqət və qayğısından danışıblar.