02.02.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 16 nömrəli kitabxana filialı və Gəncə şəhər Heydər Əliyev Mərkəzi 2 fevral Gənclər günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda video-konfrans keçirdi. Tədbiri açıq elan edən Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, gənclər günü Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu mirasdır. Böyük kitabxabaçı Mirvari Cəfərova bu gün gənclərə dövlət qayğısından, onlara göstərilən etumaddan danışdı. Çıxışçılardan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşları Raul Abbaszadə, Nəzrin Dəmirli, Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Könül Süleymanova, filial müdiri Lyudmila Axundova və başqaları Azərbaycan gənclərini təbrik etdilər və onların müxtəlif sahələrdə qazandıqları uğurlardan danışdılar.