Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gəncliyə böyük inam” başlığı altında onlayn görüş keçirildi.

02.02.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 1.02.2021-ci il tarixdə Gənclər günü münasibəti ilə II Qarabağ müharibəsi iştirakçısı Novruzov Mirseyid Asif oğlu ilə "Gəncliyə böyük inam" başlığı  altında görüş keçirdi.Tədbirdə filialın müdiri Rahilə Qasımova 2 fevral Gənclər günün yaranması haqqında məlumat verdi və gəncləri təbrik etdi.Tədbirdə müharibə iştirakçısı gənc Mirseyid keçdiyi odlu-alovlu günlərdən danışdı,Şuşada, Xankənddə düşmənlə əlbəyağa döyüşlərindən söhbət açdı. O, Şuşa uğrunda gedən döyüşlərdə  ayağından ağır yara almışdır. Mirseyid müharibədə  göstərdiyi qəhrəmanlığa  görə "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.Görüşdə bu il naliyyətlər əldə etmiş tələbələr də iştirak etdilər.2saylı peşə liseyinin direktor müavini Şəhla Qasımova da gəncləri təbrik etdi və xoş arzularını bildirdi.