Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclər gələcəyin qurucularıdır” adlı onlayn tədbir keçirilib

01.02.2021

Gəncə şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq evinin təşkilatçılığı ilə “Gənclər gələcəyin qurucularıdır” adlı onlayn tədbir 2 Fevral – Respublika Gənclər gününə həsr olunub.

Tədbiri Gəncə şəhər Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva açaraq 2 Fevral – Respublika Gənclər gününün Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il qeyd edildiyini bildirib. O gəncləri təbrik edib.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərova, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin elmi-işçisi Fidan Böyükbabalı, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva, Vətən müharibəsi iştirakçısı, qazi Arif Cəfərov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova çıxış ediblər.

Çıxışlarda xüsusi vurğulanıb ki, ölkə rəhbərliyi tərəfindən respublikamızın gənclərinə xüsusi diqqət və qayğı göstərilir və onların hərtərəfli inkişafı üçün lazımı şərait yaradılıb.