Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 fevral Gənclər gününə həsr olunmuş rəsm sərgisi keçirilib

01.02.2021

Goranboy rayon Dövlət Rəsm Qalereyasında 2 Fevral – Respublika Gənclər gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib.

Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə 2 Fevral – Gənclər günü barədə məlumat verərək bildirmişdir ki, Gənclər günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər günü ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmışdır. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı  ilə seçilən, intellektual, dünya görüşlü yeni nəsil yetişmişdir.

            Tədbirdə mədəniyyət işçiləri və Goranboy rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak edib.