Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İsmayıl bəy Qutqaşınlı – 215” adlı videokonfrans keçirilib

29.01.2021

Goranboy rayon Mərkəzi kitabxanasında İsmayıl bəy Qutqaşınlının 215 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Baş metodist Xatirə Rəhimova İsmayıl bəy Qutqaşınlının həyatı haqqında məlumat verib.

Səfikurd kənd kitabxana filialının müdiri Gilas Yolçuyeva, İsmayıl bəy Qutqaşınlının  “Rəşid bəy və Səadət xanım” əsəri haqqında danışıb.

Oxucu Nəzrin Quliyeva və Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva İsmayıl bəy Qutqaşınlının şeirlərini səsləndiriblər.