Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Goranboyun şəhidlərini tanıyaq” adlı onlayn tədbir keçirilib

28.01.2021

Goranboy rayonu Mərkəzi kitabxanasında “Goranboyun şəhidlərini tanıyaq” adlı onlayn tədbiri, oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açıb.Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Sonra Səidə Abdullayeva Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, uğrunda Goranboy rayonundan olan şəhidlər barədə geniş məlumat verib.

            Oxu zalının müdiri Sevda Əliyeva 44 günlük Vətən müharibəsi haqqında məlumat verib.

            Borsunlu kənd kitabxana filialının müdiri Ulduz Nəsirova Borsunlu kəndindən olan şəhid Qurbanov Cahangir Məhəmməd oğlu barədə məlumat verib. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova çıxış edərək şəhidlərin xatirəsinin əbədi olmasını söyləyib. Sonra Goranboy şəhidlərinə həsr olunmuş şeirlər söylənilib.