Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kərpickəsən kişinin dastanı” adlı onlayn şeir saati keçirilib

27.01.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 2021-ci ilin “Nizami ili” elan olunması və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar şairin Sirlər Xəzinəsi poemasına aid olan  “Kərpickəsən kişinin dastanı” hekayəsi üzrə onlayn şeir saatı keçirilib.

Tədbirdə şöbənin müdiri Ellada Rəhimova Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək bildirib ki, Nizami Gəncəvi bəşər tarixinin yetirdiyi ən əzəmətli və ölməz söz ustalarından biridir.

Tədbirdə iştirak edən 29 nömrəli tam orta məktəbin direktor müavini Vüsalə Məmmədova çıxış edərək bildirdi ki, Nizami yaradıcılığının ən mühüm cəhətlərdən biri də onun əməyə, əməkçi insana verdiyi yüksək dəyərdir. Tədbirdə iştirak edən şagirdlər şairin əmək mövzusunda yazdığı beytlərdən parçalar söylədilər.