27.01.2021
Goranboy rayon Mərkəzi Kitabxanada tarixçi-alim Sara Aşurbəylinin 115 illiyinə həsr edilmiş videokonfrans keçirilib.Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açıb. Sevda Əliyeva Sara Aşurbəylinin həyatı haqqında geniş məlumat verib.
Mövzu haqqında Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova tarixçi-alimin əsərləri haqqında məlumat verərək, alimin aldığı dövlət mükafatlarından danışıb.
Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, baş kitabxanaçı Dürdanə Bayramova da mövzu ilə əlaqədar Sara Aşurbəyli haqqında danışıblar.