Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mahir söz ustası” adlı şeir saatı keçirilib.

25.01.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filalı 23.01.2021-ci il tarixində XVIII əsrin böyük Azərbaycan şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs edən “Mahir söz ustası” adlı şeir saatı keçirdi. Filialın müdiri Firuzə Yunusova qeyd etdi ki, M.P.Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır. Ədəbiyyat tariximizdə Nizami və Fizulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlanğıcıdır.

M.P.Vaqifin bədii irsi bütöv şəkildə dövrümüzə gəlib çatmamışdır. O, öz yaradıcılığını əsasən qoşmalarında-xalq ədəbiyyatına məxsus janrda təsdiq etmişdir. Vaqif şeir dilimizi ərəb, fars tərkiblərindən, müəmmalı ifadələrdən təmizləmişdir.

Sonra filialın oxucuları “Xumar-xumar baxmaq göz qaydasıdır”, “Pəri”, “Durnalar”, “Hayıf ki, yoxdur”, “Bayram oldu” şeirlərini söylədilər.