21.01.2021
Goranboy rayon Mərkəzi Kitabxana "Gənclərin asudə vaxtlarının səmərəli təşkili" mövzusunda videokonfrans keçirdib.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova gənclərin öz asudə vaxtlarından səmərəli istifadə etmələri üçün "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramında" nəzərdə tutulmuş vəzifələrin icra edilməsinə gənclərin məsuliyyətli yanaşmalarının vacib olduğunu söyləyib. Gənclərin pandemiya dövründə asudə vaxtlarını səmərəli keçirmələri üçün online şahmat oyunlarının, onlayn kitab müzakirələrinin onların həyatlarında böyük rol oynadığını söyləyib.
Gənclərin xususi istedad və qabiliyyətlərinin üzə çıxarılmasında Gənclər təşkilatlarının "Gənclər Evi"nin fəaliyyətinin önəmli olduğunu söyləyib. Oxu zalının müdiri Sevda Əliyeva mövzu ilə əlaqədar çıxış edərək gənclərə öz asudə vaxtlarından səmərəli istifadə etmələri üçün tövsiyələr verdi. Mövzu ilə bağlı kitabxanaçı Dürdanə Bayramovayla Ülviyyə Kazımova çıxış ediblər. Universitet tələbəsi Nəzrin Quliyeva bir gənc kimi öz asudə vaxtında mütaliə ilə məşğul olduğunu söyləyib