21.01.2021
Samux rayon Mərkəzi Kitabxana 20.01.2021-ci il tarixində 20 yanvar 1990-ci il Bakı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Vətən sənə oğul dedi” adlı onlayn tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 20 Yanvar Bakı faciəsindən, xalqımıza qarşı törədilən terror aksiyalarından söhbət edilib.
Daha sonra fəal oxucular tərəfindən Vətən şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib.