19.01.2021
Goranboy rayon Mərkəzi Kitabxanasının 20 Yanvar Milli hüzn gününə həsr olunmuş edilmiş “20 Yanvar Milli faciəmiz və qəhrəmanlıq günümüzdür” adlı videokonfransı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb.
Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gülnarə Nəsibova 20 Yanvar faciəsinin şahidi kimi məlumat verib. Mövzu ətrafında çıxışlar olub. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova çıxış edərək 20 Yanvar faciəsinin xalqın milli mənlik şüurunun oyanışı günü adlandırdı, faciə qurbanlarının xatirəsinin əbədi yaşayacağını söylədi. Mövzu ilə əlaqədar Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Dürdanə Bayramova, Yolqullar kənd kitabxana filialının böyük kitabxanaçısı Raziya Məmmədova, Borsunlu kənd kitabxana filialın müdiri Ulduz Nəsirova çıxış edərək 20 Yanvar faciəsini törədənləri lənətləyiblər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib