19.01.2021
Goranboy Dövlət Rəsm Qalereyasında 1990-cı il 20 yanvar Bakı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar foto faktların gözü ilə” adlı sərgi nümayişi olub.
Qalereyanın direktoru Çinarə Abdullazadə sərgini açıq elan edərək Azərbaycan suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Sonra Çinarə Abdullazadə bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 31 il keçir. Sovet ordusunun böyük heyətinin xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşilikə müşayiət edildi. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.