19.01.2021
Samux rayon Mədəniyyət Mərkəzi, Qiyaslı kənd Klubunun əməkdaşları ilə birlikdə 1990-cı il Qanlı yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirib.
Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açıb. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəlalə Tağıyeva öz çıxışında bildirib ki, Azərbaycan xalqı azad, müstəqil bir dövlət kimi yaşamağa qadirdir. Məhz buna görə də xalqımızın igid övladları öz canlarından keçərək istiqlaliyyətimizi əldə etmişdir.
Tədbirdə həmçinin Qiyaslı kənd Klubunun müdiri Bülbül Kərimova, Mədəniyyət Mərkəzinin işçisi Məlahət Məhərrəmova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı məğrur xalqdır. Xalqımızın mərd, mübariz övladları hər zaman öz canlarını əsirgəmədən azadlığımızı, müstəqilliyimizi qoruyacaq, Vətənimizin keşiyində ayıq-sayıq dayanacaqdır.