19.01.2021
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar 'Qürür və şərəf günümüz" mövzusunda onlayn şeir saatı keçirdi. Tədbirdə 8, 32,16 nömrəli orta məktəblərin şagirdləri iştirak edirdi. Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova qeyd etdi ki, 20 yanvar yalnız bizim üçün hüzn günü deyil, həm də azadlıq mücadiləmizin başlanğıcı oldu.
Sonra şagirdlər şəhidlərə, Vətənə, Qarabağa aid şeirlər söylədilər.
Sonda şagirdlər 20 yanvarla bağlı çəkdikləri rəsmlərini nümayiş etdirdilər.