Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanla yazılan tarix”adlı onlayn ədəbi-bədii kompozisiya keçirilib

19.01.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 19.01.21-ci il tarixində 20 Yanvar - Ümümxalq Hüzn Günü ilə əlaqədar olaraq “Qanla yazılan tarix”adlı onlayn ədəbi-bədii kompozisiya keçirdi.Tədbirdə 38 saylı məktəbin 4a sinif şagirdləri iştirak etdi.Əvvəlvə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq qeyd etdi ki, Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi qeyd edir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür.Tədbirdə iştirak edən sinif müəlliməsi Osmanova Sevinc qeyd etdi ki, Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi ümümxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır və həmişə xatırlanacaqdır. Həmin gün haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızn qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazmışlar. Sonda şagirdlər B.Vahabzadənin “Şəhidlər, Zeynəb Zeynəlabdiyevanın “Zilləti izzətlə vurdu şəhidlər” şeirlərini və "Ağla qərənfil, ağla" ədəbi-bədii kompozisiyası ilə çıxış etdilər