18.01.2021
Goranboy rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Ölməz Nizami” adlı videokonfrans keçirilib.Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova şairin həyat və yaradıcılığından, fəlsəfi görüşlərindən danışıb.
Mövzu ətrafı çıxışlarda kitabxanaçılardan Dürdanə Bayramova, Ülviyyə Kazımova, Rəxsanə Xəlilova Nizami Gəncəvinin həyat və yaradıcılığının maraqlı məqamlarından söz açıblar.
Sonda Nizami Gəncəvi şeirləri səsləndirilib.