18.01.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məlumat biblioqrafiya şöbəsinin əməkdaşları şairə Mədinə Gülgünün 95 illiyi münasibətilə "Mən bu ömrü yaşadım" adli onlayn biblioqrafik icmal keçirdi. Tədbiri şöbənin müdiri Məmmədova Səbinə apararaq iştirakçılara görkəmli şairənin həyat və yaradıcılığı haqqında məlumat verdi və bildirdiki Mədinə Gülgün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğrulub, oxucuların ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Daha sonra şairənin " Təbrizin baharı", "Savalan ətəklərində", "Çinar olaydi", Ömrün payız dayanacağı", "Firidun", "Seçilmiş əsərləri" kitabları və təsviri haqqında iştirakçılara geniş məlumat verildi.