18.01.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi “Uşaqların oxumalı olduğu 10 kitab” layihəsi çərçivəsində “Kitablarla sevinclə addımlayaq” adlı kitabxananın fondunda olan uşaq ədəbiyyatı nümunələrinin onlayn biblioqrafiq icmalını keçirtdi.Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova apararaq uşaqların maraq dairəsinə uyğun olan kitabları icmal etdi və onların suallarını cavablandırdı. Tədbirdə kitabxananın müxtəlif yaş qrupundan olan oxucuları iştirak etdi.