31.12.2020
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 16 nömrəli kitabxana filialı ilə birlikdə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə onlayn tədbir keçirdi.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin əməkdaşları və gənc könüllüləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarını salamladı və öz çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Gənclərin Inkişaf və Karyera Məzkəzinin Saxmux nümayəndəkiyinin direktoru Kamil Məmişov, mərkəzin əməkdaşı Teymur Abdullayev, MKS-nin 16 nömrəli filialının müdiri Lyudmila Axundova, filialın kitabxanaçısı Tünzalə İsmayılova, Mərkəzin elmi işçisi Gülər Ellazova və kiçik elmi işçisi Dursun Əliyeva mövzü ətrafında çıxışlar etdilər.