31.12.2020
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Həmrəy olaq, bir olaq" adlı onlayn söhbət keçirtdi. Tədbirdə qeyd olundu ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 dekabr gününü dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il milli həmrəylik günü kimi qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bir daha dünyaya öz birliyini və həmrəyliyini sübut edən Azərbaycan xalqı ona görədə vətənin ölüm durum savaşından da elə başı uca, üzü ağ və qalib kimi çıxdı. Tədbirdə kitabxananın oxucuları və 32 saylı məktəbin aşağı sinif şagirdləri iştirak etdi.