29.12.2020
Gəncə şəhər Heydər Əliyev Mərkəzi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə onlayn tədbir keçirtdi. Tədbirdə Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb və Zaməddin Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir.
Mərkəzin bələdçisi Könül Süleymanova şagirdlərə mərkəz və mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi haqqında geniş məlumat verdi.
Mərkəzin elmi işçisi Dursun Əliyeva öz çıxışında qeyd etdi ki, milli birliyin yaradılmasının başlıca nöqtəsi olan, bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunan 31 dekabr tarixinin məqsədi Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.
Sonda şagirdlərin sualları cavablandırıldı.