27.12.2020
Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalı "Gəncəmin ilk şəhidi" adlı görüş keçirib.Görüşü Oxu zalının müdiri Aidə Abdullayeva açaraq tədbir iştirakçılarını salamladı və sözü 44 günlük ikinci Qarabağ müharibəsində Talış yüksəklikləri uğrunda döyüşərək şəhadətə yüksələn şəhid İlqar Vüqar oğlu Burcəliyevin ailəsinə verdi. Görüşdə Şəhidimizin ailəsi İlqarın 19 illik həyat yolundan, Vətənə olan ülvi hisslərindən, döyüş zamanı göstərdiyi şücaətindən danışaraq,xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
O Azərbaycanın Qəhrəmanlıq dastanlarına adını yazdıran qəhrəmanlardan biridir!