25.12.2020
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı II Qarabağ - Vətən müharibəsinin şəhidiləri Əliyev Həndi Elburus oğlu və Fərəcullayev Elşad İsa oğlunun ailələri ilə onlayn görüş keçirib.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova bildirdi ki, Vətən üçün canından keçən igidlər hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhidlərin ailəsi, yaxınları, övladları onların həyatı, döyüş yolu haqqında böyük qürur və fəxrlə danışdılar.
Ağstafa Regional Mədəniyyət İdarəsi, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd Folklor klubu filialının müdiri, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü Rüfət Axundlu şəhidlərə və Qarabağ zəfərinə həsr etdiyi şeirini söylədi.