25.12.2020
24.12.2020-ci il tarixdə Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin təşkil etdiyi onlayn tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunub.
Tədbiri şöbənin müdiri Vüsalə Əliyeva açaraq ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyatı, siyasi fəaliyyəti barədə danışıb, bildirib ki, bu gün Azərbaycan xalqı cənab Prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşib və bu birlik əbədi olacaqdır.
Sonra cənab Prezident Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş “Yaşasın Ali Baş Komandanımız” adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqədə 7 yaşdan 17 yaşa qədər fəal oxucular iştrak edib.