24.12.2020
Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə "Tarix yazan sərkərdə" adlı onlayn tədbir keçirdi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix- Diyarşünaslıq Muzeyinin direktoru, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru və əməkdaşları, İsrafil Məmmədovun Xatirə Ev Muzeyinin elmi işçisi, Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə Mərkəzin direktor əvəzi İlknur İsgəndərova açdı.
Daha sonra Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanov, Nizami Gəncəvi adına Gəncə Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Aygün İmanova, Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə İbayeva və Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan daxili sabitlik, xarici siyasət kursu, iqtisadi dirçəliş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsi dönəmində diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbəyə imza atdı.
Mərkəzin elmi işçisi Gülər Ellazova Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə həsr etdiyi "Sərkətdə" şeirini səsləndirdi. Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidentini qarşıdan gələn doğum günü münasibətilə ürəkdən təbrik etdilər.