Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən mənə oğul desə...” adlı videokonfrans keçirilib

22.12.2020

Goranboy rayon Mərkəzi Kitabxanasının vətənpərvərlik mövzusuna həsr etdiyi "Vətən mənə oğul desə...." adlı videokonfransı Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açıb.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Kitabxananın əməkdaşları Səidə Abdullayeva, Rəxşəndə Xəlilova, Dürdanə Bayramova, Səfa Nəbiyeva, Yeganə Yusibova 44 günlük Vətən mübaribəsi haqqında müzəffər ordumuzun Vətən oğullarının sücaəti barədə danışıblar.