Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”II Qarabağ müharibəsi - Azərbaycanın şanlı qələbəsi”adlı onlayn tədbir keçirib.

22.12.2020

      21.12.2020-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana  filalı  "II Qarabağ müharibəsi - Azərbaycanın şanlı qələbəsi"adlı  onlayn tədbir keçirib.Tədbiri 24 saylı kitabxananın müdiri Rahilə Qasımova açaraq  başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Ordumuzun Qarabağın azadlığı uğrunda apardığı Böyük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib.Tədbirdə Daşkəsən rayonu Gurbulaq kəndinin orta məktəbinin tarix müəllimi  Arifə Abbasova , 2saylı peşə məktəbinin tarix müəllimi   Yeganəİ brahimova, Bakı şəhər Abşeron rayonu Qobustan kəndinin  dil ədəbiyyat müəllimi Gülnaz Veyisova  mövzuyla bağlı tədbirdə çıxış etdilər.