Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən şəhidi Elcan Quliyevin ailəsi ilə görüş keçirilib

22.12.2020

            Vətən şəhidi Elcan Quliyevin ailəsi ilə görüş keçirilib

Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova və mərkəzin əməkdaşları II Dağlıq Qarabağ Vətən Müharibəsinin şəhidi Eltac Azər oğu Quliyevin ailəsi ilə görüş keçirib.

            Görüşdə şəhidin ailə üzvləri və yaxın qohumları, orta məktəb müəllimi Kəmalə Mehdiyeva iştirak ediblər.Eltac Quliyev Laçın rayonunun işğaldan azad olunması zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Müəllim Kəmalə Mehdiyeva Elcan Quliyevin məktəb illərindən danışıb. O, Elcan Quliyevin vətənpərvər, cəsur olduğunu xüsusi ilə qeyd edib.

Görüşdə şəhidin ailə üzvləri də  şəhid Eltac Quliyev haqqında danışıblar.

            Görüşdən sonra şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarı ziyarət olundu,  ruhuna dualar oxundu.