22.12.2020
“Vətənpərvər şəxsiyyətlər yetişdirək” adlı onlayn tədbir keçirildi
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsi tərəfindən “Vətənpərvər şəxsiyyətlər yetişdirək” adlı onlayn tədbir keçirildi.Tədbirin məqsədi yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Tədbiri Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva açaraq, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə xahiş etdi.
Sonra gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı dövlətin gördüyü işlər barədə məlumat verdi və vurğuladı ki, gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir.
Tədbir iştrakçıları bu mövzuda çox maraqlı diskussiya etdilər, gənc və yeniyetmə oxucular asudə vaxtlarının necə keçirtdikləri haqqında bölüşdülər.