21.12.2020
Tarixi ədalətin qələbəsi
Dekabrın 19-da Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalı "Tarixi ədalətin qələbəsi" adlı onlayn tədbir keçirib. Tədbirdə GDU-nun əməkdaşları, kitabxananın oxucuları iştirak ediblər.
Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva açaraq başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Ordumuzun Qarabağın azadlığı uğrunda apardığı Böyük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib.
Daha sonra GDU-nun tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov 44 günlük II Qarabağ müharibəsi və tarixi ədalətin qələbəsi ilə bağlı məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxış edən oxu zalının əməkdaşı Mina Məmmədova qeyd etdi ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə kitabxana işçiləri üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi.
Tədbiri Aidə Abdullayeva Ağa Savalanın "Qarabağa gedirəm" şeiri ilə bağlı elan etdi.