Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Qələbənin tarix yazan övladları” adlı onlayn tədbir keçirilib

18.12.2020

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı birlikdə "Şanlı Qələbənin tarix yazan övladları" adlı onlayn tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Müdafiəsi zamanı yaralanmış 1-ci qrup Qarabağ Qazisi Qənbərov Rauf Rəfi oğlu, 2-ci Qarabağ Vətən müharibəsi Qazisi hal-hazırda Gəncə şəhər hospitalında müalicə alan Elvin Valeh oğlu Mehdiyev, 2 nömrəli Gəncə peşə liseyi, 27 nömrəli məktəb-liseyin şagirdləri, Gəncə şəhər 29 nömrəli məktəbin şagirdləri və valideynləri, kitabxananın oxucuları iştirak etdilər. Tədbiri açan Mərkəzin elmi işçisi Gülər Ellazova tədbir iştirakçılarını salamladı. Vətən, torpaq uğrunda döyüşən mərd qazilərimizi təqdim etdi.

Qazilərimiz iştirakçılara keçdikləri şərəfli döyüş yolu və düşməni necə məğlubiyyətə uğradaraq qələbə qazanmaları haqqında danışdılar. Onlar qeyd etdilər ki, ağır, gərgin və keşməkeşli günlər yaşadığımıza baxmayaraq biz çox qürurluyuq ki, vətənimizin bütövlüyü uğrunda döyüşmüşük, illərdən bəri həsrətində olduğumuz doğma ocaqlarımızı azad etmişik.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova, kiçik elmi işçi Dursun Əliyeva, 16 nömrəli kitabxana filialının müdiri Lyudmila Axundova, böyük kitabxanaçı Mirvari Cəfərova, 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova öz çıxışlarında bildirdilər ki, bu tarixi qələbəmizi qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarımızda üçrəngli bayrağımızı ucaldan müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq. Ən ali zirvə olan şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Tədbirdə Gəncə şəhər 27 nömrəli məktəbin şagirdi Nurlan İsmayılov "Azərbaycan bayrağı", 29 nömrəli məktəbin şagiləri vətənə aid aforizmləri və qazilərimizə olan sualları səsləndirdilər.