18.12.2020
“Uşaq zorakılığına yox deyək!” adlı onlayn tədbir keçirildi
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əməkdaşları və şöbənin fəal oxucuları “Uşaq zorakılığına yox deyək!” adlı onlayn tədbirdə iştirak etdilər.
Uşaq şöbəsinin müdiri Venera Məmmədova tədbiri açdı. O, ölkəmizdə uşaqların inkişafına prioritet məsələlərdən biri kimi yanaşıldığını, uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırdı.
Sonra Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva uşaq hüquqlarından danışdı, uşaqların suallarına cavab verdi. Onlayn tədbirdə uşaq şöbəsinin fəal oxucularından Rəsul Əsgərzadə, Ramilə Abbasova şeir söylədilər.
Sonda mövzuya uyğun videoçarx nümayiş olundu.