Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölməz, Vətən bölünmməz !

17.12.2020

           Şəhidlər ölməz, Vətən bölünmməz !

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı Vətən Müharibəsi şəhidi Altun Nüsrət oğlu Məmmədovun ailə üzvləri ilə onlayn görüş keçirib.

Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq şəhidin qısa, şərəfli ömür yolundan danışıb. Şəhid Altun Məmmədovun ailə üzvləri Altun haqqında xatirələrini bölüşüblər.

Şəhidin komandiri, Baş leytenant, qazi Pərvin Abdullayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun II Dağlıq Qarabağ Vətən Müharibəsində qazandığı tarixi qələbədən, Altun kimi Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, şəhidlik zirvəsinə ucalmalarından ürək dolusu danışıb.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, kitabxananın əməkdaşları və Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin müxbiri tənqidçi-publisist Firəngiz İsmayılova onlayn görüşdə öz fikirlərini söyləyiblər.