16.12.2020
Xalq şairi Osman Sarıvəlliyə həsr olunmuş konfrans keçirilib
Goranboy rayon Mərkəzi kitabxanası Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin 115 illiyinə həsr olunmuş video konfrans keçirib.Konfransı Mərkəzləsmiş Kitabxana Sisteminin direktoru Gulnarə Nəsibova açıb. Oxuculara xidmət şöbəsinin əməkdaşı Ülviyyə Kazımova şairin həyat və yaradıçılığı haqqında geniş məruzə ilə cıxış edib.
Kitabxananın əməkdaşları Təzəgül Abbasova, Səidə Abdullayeva, Durdanə Bayramova Osman Sarıvəlli poeziyasının özünəməxsusluğu haqqında danışıblar.
Sonra şairin şeirlərindən səsləndirmələr olub.