Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhər Uşaq Musiqi Məktəbində “Şəhidlər xiyabanı” adlı ədəbi-bədii kompozisiya

19.01.2018

Naftalan şəhər Uşaq Musiqi Məktəbində 1990-cı il 20 yanvar faciəsinin 28-ci ildönümü qeyd edildi.

İlk öncə məktəbin direktoru Almaz Əliyeva tədbiri açıq elan etdi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra məktəbin şagirdlərinin hazırladığı “Şəhidlər xiyabanı” adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Tədbirin sonunda Azərbaycan xalqının Ümumxalq hüzn günü 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirildi.