16.12.2020
“Bir millət, iki dövlət” adlı tədbir keçirilib
Samux rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi tərəfindən “Bir millət, iki dövlət” adlı onlayn tədbir təşkil olunub.Tədbirə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarabağlı, Bağbanlar, Əhmədbəyli və Qiyaslı kənd kitabxana filiallarının əməkdaşları da qoşulublar.
Tədbirdə xüsüsi vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” adlı müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Azərbaycan Türkiyə dostluğunu heç kim, heç bir dövlət poza bilməz.