Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bu torpaq bizə sizdən əmanətdir-şəhidlər” mövzusunda onlayn tədbir keçirilib.

15.12.2020

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı "Bu torpaq bizə sizdən əmanətdir-şəhidlər" mövzusunda onlayn tədbir keçirdi. Tədbirdə Gəncə şəhər 29 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdilər. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarına bildirdi ki, Vətən, torpaq şəhidləri ilə ucalır. Azadlıq, müstəqillik, enməzlik, qəhrəmanlıq simvolu olan şəhidlərimiz otuz illik Qarabağ həsrətinə, Qarabağ niskilinə son qoyaraq tarix yazdılar. Azərbaycanın şanlı tarixini. 44 günlük Vətən müharibəsində öz canları bahasına torpaqlarımızı düşmən əsarətindən azad edərək şəhidlik zirvəsinə ucaldılar. Bu vətən, bu torpaq sizləri heç zaman unutmayacaqdır.

Mərkəzin elmi işçisi Gülər Ellazovanın canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü, tarixi ədalətin bərpası yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf etdiyi şeirini səsləndirdi.

29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək bildirdi ki, Vətən, torpaq sevgisi ana qucağından, evdən, ailədən, tədris ocaqdan başlayır. Doğma Vətənin müdafiəsi, bütöv Azərbaycanın haqq savaşında tədris etdiyi məktəbin yetirməsi Qurbanov Vahid qəhramancasına döyüşərək Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Kitabxana müdiri Lyudmila Axundova oz çıxışında qeyd etdi ki, şanlı ordumuzun, igid əsgərimizin şücaətilə iftixar hissi keçiririk, öyünürük, sevincliyik! Verdiyimiz şəhidlər baş tacımızdırlar! Əlbəttə ki, torpaq bu günümüzün, sabahımızın, bütövlüyümüzün uğrunda canını fəda edənlərin sayəsində Vətən olur! Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq!

Sonda məktəbin 5-ci sinif şagirdlərindən Hüseynov Məhərrəm, Bayramova Çiçək, 6-cı sinif şagirdlərindən Qədimov Azad, Dərvişova Nuray, İsmayılova İmbilbanu,Yusifov Kəmaləddin, 7-ci sinif şagirdi Əliyeva Səma Vətənə, şəhidlərə aid şeirlər səsləndirdilər.