Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədiyyətə qovuşan ömür” adlı online video-konfrans keçirilib

15.12.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi  15.12.2020-ci il tarixində 29 nömrəli   tam orta məktəblə birlikdə ll Qarabağ müharibəsində  Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş baş gizir  Qasımov Ramal Saleh oğlunun xatirəsinə həsr olunmuş "Əbədiyyətə qovuşan ömür" adlı  zoom proqramı vasitəsilə video-konfrans keçirilib. Tədbirdə qəhrəman şəhidin müəllimləri və yaxınları iştirak etdi. Onlar ıştirakçılarla öz təəssüratlarını  bölüşdülər Sonda şagirdlərin ifasında vətənpərvərlik şeirləri səsləndirildi.